AZ

“30 il ərzində bizi məcbur ediblər ki, Qarabağı sevək" - Erməni deputat

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Artur Ovannisyan Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bildirib və erməniləri öz diqqətlərini “əsl” Ermənistana yönəltməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

“30 il ərzində bizi məcbur ediblər ki, başqalarına məxsus olanı (Qarabağı nəzərdə tutur) sevək.

Başqa ölkənin beynəlxalq səviyyədə tanınan torpaqlarından nə istəyirsiniz? Ermənistan küçələrində gəzəndə özünüzü Vanda, yoxsa İrəvanda hiss edirsiniz? Biz hamımız “əsl” Ermənistanda yaşayırıq, ona görə də diqqətimizi öz ölkəmizə yönəldək”, - deyə erməni deputat bildirib.

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr