AZ

Xabarovsk diyarında pələng adama hücum edib

Xabarovsk diyarında pələng taxta yük maşınının sürücüsünə hücum edərək onu meşəyə sürükləyib...

Xabarovsk diyarında Daxili İşlər Nazirliyi pələngin sürücüyə hücum etdiyi barədə məlumatları yoxlayır.

Poliqon xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

İlkin məlumata görə, hadisə Xabarovsk diyarının Solontsovı kəndindən 20 km aralıda baş verib. Polis pələngin bir şəxsə hücumu ilə bağlı zəngə cavab verib.

Yırtıcı taxta yük maşınının sürücüsünə hücum edib və onu meşəyə sürükləyib. Hadisənin digər təfərrüatları məlum deyil.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr