AZ

Azərbaycan WFE-nin illik yığıncağında iştirak edir

"Bakı Fond Birjası" (BFB) noyabrın 19-dan işə başlamış və noyabrın 22-də başa çatacaq Dünya Fond Birjaları Federasiyasının (WFE) illik yığıncağında iştirak edir.

BFB-nin yaydığı məlumata görə, yığıncaq bu dəfə Malayziya Birjasının təşkilatçılığı ilə birgə baş tutub. Yığıncaqda fond birjalarındakı trendləri, müasir birjaların infrastrukturlarında baş verən dəyişikliklər, beynəlxalq birjalar arasında əməkdaşlıq, innovasiyaların tətbiqi, kapital bazarları arasında körpülərin qurulması, kapital bazarlarının dünyada baş verən dəyişikliklərə məruz qalması və sabitliyin qorunması kimi məsələlər müzakirə olunur.

BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov Malayziya Birjasının İdarə Heyətinin sədri Datuk Muhamad Umar Sviftlə görüşərək hər iki birja arasında əməkdaşlıq təşəbbüslərini müzakirə edib.

BFB 2020-ci ilin yanvardan etibarən WFE-yə üzvdür. Azərbaycanın kapital bazarlarında beynəlxalq təcrübələrin tətbiqi, ekosistemin, şəffaflıq və bazar etibarının gücləndirilməsi Birjanın önəm verdiyi əsas məsələlərdən biridir.

Seçilən
11
turan.az

1Mənbələr