AZ

İsrail iqlim böhranı ilə mübarizədə öz bilik və texnologiyalarını bölüşməyə hazırdır

İsrail kənd təsərrüfatında suyun təkrar istifadəsi sahəsində dünya lideridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Metrologiya Xidmətinin baş direktoru Amir Givati COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə deyib.

“İsrail iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə unikal təcrübəyə malikdir. Ölkəmizdə ya çox az yağış yağır, ya da qısa müddət ərzində həddən artıq yağıntı qeydə alınır. Bu həftə biz yenidən yağıntı rekorduna şahid olduq. Digər tərəfdən, quraqlıq problemi ilə də üz-üzəyik.

İsrail olaraq, yalnız problemləri qəbul etmirik, həm də onlar üçün texniki həllər axtarırıq. Su resurslarının idarə edilməsi üzrə kompleks metodologiya tətbiq edirik. Suvarma üçün innovativ texnologiyalar inkişaf etdiririk və içməli suyun böyük hissəsini Aralıq dənizindən duzsuzlaşdırma vasitəsilə əldə edirik", - A. Givati bildirib.

Onun sözlərinə görə, İsrail həmçinin iqlim böhranı ilə mübarizədə öz bilik və texnologiyalarını qonşu ölkələr və digər dövlətlərlə bölüşməyə hazırdır: "Bilirik ki, heç bir ölkə bu vəziyyətlə təkbaşına mübarizə apara bilməz. Buna görə də yalnız böhrana qarşı dayanıqlılıq nümayiş etdirmirik, həm də onun həlli üçün yollar təqdim edirik”.

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr