“Məşğulluqla bağlı çağırışlar bitməyəcək, cəmiyyət inkişaf etdikcə bu davam edəcək".
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində velə işsizlik də var: "Bu gün Azərbaycanda aparılan ciddi sosial iqtisadi islahatlar nəticəsində əmək müqavilələrinin sayı 600 min artıb, bunun 500 mini özəl sektorun hesabınadır. Məşulluq problemi tam şəkildə həll olunacaq məsələsi yoxdur. Dövlət Məşğulluq Agentliyi bir körpüdür. Məşğullq Agentliyinin rolu müraciət edən insan resurslarını yaradılmış iş yerlərinə yönəltməkdir. İqtisadiyyatımız daha çox iş yeri yaratmalıdır ki, insanlar da o iş yerlərinə yönəldilsin. Bu gün bizim ana problemlərimizdən biri ixtisaslı işçi qüvvələri ilə bağlıdır. Dövlət Məşğulluq Agentliyi çox böyük bir yenidənqurmadan keçir. Dövlət Məşğulluq Agentliyi hazırda il ərzində 200-400 min insanı əhatə edən proqramlar icra edir. Lakin alətləri nə qədər təkmilləşdirsən də, mövcud əmək resursu və mövcud iş yerindən kənara çıxa bilməzsiniz. Bu gün əlimizdə olanlar budur".