AZ

Azərbaycanda median əməkhaqqı son 5 ildə 2,2 dəfə artıb

“Əməkhaqqı fondumuz 2,9 dəfə artıb".

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, median əməkhaqqı son 5 il ərzində 2,2 dəfə artıb: "Biz bu gün elektron əmək müqavilələri üzərindən vəzifə maaşlarını gündəlik görürük. Lakin vəzifə maaşlarından əlavə işçilərin il ərzində aldığıl müxtəlif əlavələr var. Bu rəqəm kifayət qədər ciddidir. Dövlət sektorunda əlavələr 40%-ə qədərdir. Özəl sektorda isə bonuslar var. Bu əlavələrin heç biri əmək müqaviləsində göstərilmir. Mütləq rəqəmləri buna görə deyə bilmirik”.

Seçilən
23
3
azpolitika.info

4Mənbələr