AZ

Minimum istehlak səbəti yenidən müəyyənləşəcək

“2025-ci ildə yaşayış minimumunun 285 manat olacağı proqnozlaşdırılır”.

Bakupost.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə bu rəqəmin 300 manata çatdırılması, 2027-ci ildə 311 manat, 2028-ci ildə 323 manata yüksələcəyi planlaşdırılır: “Əmək qabiliyyətli insanların yaşayış minimumu 2023-cü ildə 261 manat, 2024-cü ildə 287 manat təsdiq olunmuşdu. 2025-2028-ci ildə isə əmək qabiliyyətli insanların yaşayış minimumunun 305 manat və 346 manat olacağı proqnozlaşdırılır.

Gələn il pensiyaçılar üçün isə yaşayış minimumu 232 manata, 2028-ci ildə isə 260 manata çatdırılması gözlənilir.

Uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manata çatdırılacağı, 2028-ci ildə isə 275 manat olacağı planlaşdırılır.

2025-ci ildə minimum əməkhaqqının artırılması proqnozlaşdırılır. Bu barədə ilsonu ətraflı məlumatlar veriləcək. Bu artımlar əməkhaqqının həyat səviyyəsinə paralel yüksəlməsini təmin edir”.

***
Hüseyn Hüseynov əlavə edib ki, 2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq: “Minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi İqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir. Bununla bağlı müəyyən İşçi Qrup fəaliyyət göstərir. Həmin İşçi Qrupunun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Səbətin tərkibinə baxılıb və saxlanılması qərarına gəlinib. 2025-ci ildə İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. Mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq”.
Seçilən
33
9
bakupost.az

10Mənbələr