Rusiya prezidenti Vladimir Putin İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı aparıb.
Azpost.info xəbər verir ki, söhbət zamanı ticari-iqtisadi, nəqliyyat, logistika və humanitar sahələrdə əməkdaşlıq müzakirə edilib.
“Qlobal neft bazarının sabitliyini qorumağa imkan verən OPEC+ çərçivəsində birgə işin müxtəlif aspektləri nəzərdən keçirilir. Bu formatda addımların əlaqələndirilməsinin davam etdirilməsinin vacibliyi təsdiqlənib”, – məlumatda bildirilir.
Azpost.info