AZ

Gələn il Azərbaycanda meşəçilik və biomüxtəlifliklə bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan gələn il iyun ayında "Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinergiya: Yaşıl Dünya üçün Əməkdaşlıq Dialoqu" adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “İqlim, Təbiət və İnsanlar üçün Meşələr: Meşələr üçün iqlim maliyyələşdirilməsi" adlı Yüksək Səviyyəli tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, bu tədbir meşəçilik və biomüxtəlifliyin qorunması sahəsində əsas çağırışları həll etmək, tərəfdaşlıqları gücləndirmək və qlobal dayanıqlılıq üçün innovativ həllər təşviq etmək məqsədilə qlobal ekspertləri, siyasətçiləri və maraqlı tərəfləri bir araya gətirəcək.

Seçilən
17
apa.az

1Mənbələr