AZ

BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də » AzadMedia.az



Bakı Dövlət Universiteti (BDU) dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar Elm Reytinqi 2025”-də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb. THE-nin “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın yalnız 750-dək ən yaxşı ali təhsil müəssisəsinin daxil ola bildiyi bu mühüm reytinqdə BDU 201-250 diapazonunda qərarlaşıb.

“İnterdisiplinar Elm Reytinqi” dünyanın aparıcı universitetlərinin interdisiplinar araşdırmalar sahəsində əldə etdikləri göstəriciləri əsasında hazırlanır. TOP-250-də yer alması BDU-nun müxtəlif elm sahələrini birləşdirən araşdırmalar istiqamətində əldə etdiyi uğurların nəticəsi kimi böyük əhəmiyyət kəsb edir.

Bütün BDU əməkdaşlarını və tələbələrini təbrik edirik!
Seçilən
11
7
azadmedia.az

8Mənbələr