AZ

Putin İraqın Baş naziri ilə danışıqlar aparıb

Rusiya prezidenti Vladimir Putin İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı aparıb.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat Kremlin “Telegram” kanalında paylaşılıb.

Görüşdə ticarət-iqtisadi, nəqliyyat, logistika və humanitar sahələrdə əməkdaşlıq müzakirə edilib.

“Qlobal neft bazarının sabitliyini qorumağa imkan verən OPEC+ çərçivəsində birgə işin müxtəlif aspektləri nəzərdən keçirilib. Bu formatda addımların davam etdirilməsinin vacibliyi təsdiqlənib”, - deyə məlumatda qeyd olunub.

Putin və əl-Sudani enerji sektorunda iri layihələrin həyata keçirilməsini də müzakirə ediblər. Bundan əlavə, onlar Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə də toxunublar.

QAZİLER.AZ

Seçilən
14
qaziler.az

1Mənbələr