AZ

Üzeyir Şəfiyev: Azərbaycanda gender problemi yoxdur

"Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyi qadınların iqtisadi imkanlara çıxışını yaxşılaşdırmağa yönəlib. BMT təşkilatları ilə əməkdaşlıq çərçivəsində yaradılmış qadın resurs mərkəzlərinin davamlılığı artıq dövlət komitəsi tərəfindən təmin edilir".
Bunu Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə Azərbaycanda əmək qabiliyyətli əhalinin 48 faizi kənd təsərrüfatında çalışır ki, onların da 49 faizi qadınlar, 51 faizi isə kişilərdir:
"Xüsusilə qadınlar üçün kənd təsərrüfatında çalışanları dəstəkləmək və həssas gender tədbirləri həyata keçirmək milli prioritetlərdən biridir. Ölkədə yaşıl kənd təsərrüfatını dəstəkləmək üçün 2020-2023-cü illəri əhatə edən Birgə Fəaliyyət Planı icra edilib. Bu, plan mənfi ekoloji təsirləri azaltmaq məqsədini daşıyan çoxölçülü tədbirlərdən ibarətdir. COP29 çərçivəsində gender bərabərliyini iqlim siyasətinin əsas prinsipi etmək öhdəliyimizi təsdiq edirik. İqlim maliyyələşdirilməsində həssas gender modellərin tətbiqi iqlim tədbirlərində gender bərabərliyini dəstəkləyəcək. Bu təşəbbüsləri dəstəkləmək gender bərabərliyini iqlim dəyişiklikləri siyasətimizin ayrılmaz bir hissəsinə çevirməyə imkan verəcək və birlikdə daha güclü və daha inklüziv bir cəmiyyət qurulmasına töhfə verəcəyik".


Hadisə ilə bağlı fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a söyləyib ki, Azərbaycanda gender problemi yoxdur:

“Azərbaycan gender bərabərliyi ilə bağlı ciddi addımlar atıb. Azsaylı ölkələrdənik ki, Ailə Qadın Uşaq Komitəsi fəaliyyət göstərir. Bu komitənin fəaliyyəti bütün coğrafiyada funksional hala gəlib. Eyni zamanda Azərbaycanda gender bərabərliyi haqqında qanun var. Bu qanun yüksək səviyyədə fəaliyyət göstərir. Qadınların hüquqları, məşğulluq məsələsi ilə bağlı şüarlar qaldırmışdılar ki, guya bəzi iş yerləri qadınlara qadağandır. Bunların hər biri qadınların həyatı üçün pozitiv diskrimnasiyadır. Yəni elə iş sahələri var ki, onlar qadınların sağlamlığına ziyan gətirdiyi üçün qadınlar orada işləyə bilməzdi. 630 dan çox qadınlar üçün qadağan edilmiş iş sahəsi var idi. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan son İKT imkanlarından istifadə edərək qadınların həmin sahələrdə işləmək imkanını təhlil etdi ki, qadağan edilmiş iş yerlərində işləyə bilərlər. Bununla da 630 qadağan edilmiş iş sahəsi endirildi 204 ə. Ağır metalurgiya, radioaktiv və digər ağır sahələr var ki, orada qadınların işləməsi sağlamlıqlarına ziyan vuracaq. Təhsil sahəsinin 80 , səhiyyənin 80, elm sahəsinin 60 faizdən çoxunda qadınlar üstünlük təşkil edir. Eyni zamanda qərar qəbuletmə orqanlarında, parlamentdə 20 faizdən çox qadınların təmsilçiliyi var. Vitse prezident, spiker, komitə sədrləri xanımlardır. Yəni qadınlarımız qərar qəbuletmə orqanlarında yüksək səviyyədə təmsil olunurlar. Lakin Azərbaycan və Azərbaycan kimi ölkələrə xarici güc mərkəzləri aqressiv feminizm dalğası ilə, yalançı gender bərabərsizliyi adı altında təzyiqlər edir. İstəkləri qadın kişi qarşı durması, ailə dəyərlərini məhv etmək, boşanmaları təşviq etmək, qadın azadlığı adı altında qadınları kişilərə qarşı doldurmaqdır. Azərbaycan gender bərabərliyinə görə digərlərinə örnək olan ölkələrdən biridir. Digər tərəfdən statistikada göstərirlər ki, kişilər qadınları öldürüb. Unudurlar ki, neçə qadın kişilərə qarşı emosional zorakılıq tətbiq edib. Çünki Azərbaycan kişisi bu məsələləri efirlərə, sosial şəbəkələrə və məhkəmələrə danışmır. Azərbaycanda məişət zorakılığı və gender bərabərliyi statistikası obyektiv aparılmır”.
Seçilən
29
23
sherg.az

10Mənbələr