AZ

Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir - Sahil Babayev

Bakı. Trend:

Sosial cəhətdən az pensiya alan şəxslərimizin minimumpensiyasını artırmaqla onların ödənişlərini ciddi şəkildəartırırıq. Təxminən 300 min aşağı gəlirli pensiyaçımıza sırf sosialsığorta üzərində pensiya ödəsəydik, onlar 110 manatdan yuxarıpensiya almayacaqdılar. Amma onlara minimum pensiya olaraq 280manat ödənilir, növbəti ildə artım olacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgəiclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdeyib.

Nazir bildirib ki, çox böyük sosial sığorta stajı amnistiyasıqəbul edilib:

"Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimumpensiyanı ödəyirik. Bu gün pensiya kapitalının artımı heç kiminyolunu kəsmir. İşlədiyi dövrdə bir qəpik sosial sığorta ödənişiolan adam pensiya sisteminə daxil olur. Vətəndaş heç bir zamanişləməyibsə, 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiyasisteminə girməsi icazə vermək olmaz".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri SahilBabayev növbəti ildə əmək pensiyalarının orta aylıq göstəricisinin531 manata çatmasının proqnozlaşdırıldığını deyib. O bildirib ki,2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manatidi.

Məqalədə:
Seçilən
16
19
az.trend.az

10Mənbələr