AZ

Bu gün Beynəlxalq Fəlsəfə Günüdür

21 noyabr Beynəlxalq Fəlsəfə Günüdür. 

2002-ci ildən noyabr ayının 3-cü həftəsində YUNESKO-nun qərarı ilə qeyd olunur.

Məlumata görə, builki Ümumdünya Fəlsəfə Günü sosial boşluqların aradan qaldırılmasına həsr edilib. Həmin əlamətdar günün qeyd olunmasında məqsəd bəşər təfəkkürünün inkişafı, hər bir mədəniyyət və fərd üçün fəlsəfənin əhəmiyyətini vurğulamaqdır.

Fəlsəfə cəmiyyətləri dəyişdirə bilən elm və gündəlik təcrübədir. Dünyadakı intellektual cərəyanların müxtəlifliyini kəşf etməyə imkan verməklə fəlsəfə mədəniyyətlərarası dialoqa, daha tolerant cəmiyyət qurmağa yardımçı olur. Cəmiyyətdə dəyişiklik üçün intellektual şərait yaradan fəlsəfə müasir çağırışları anlamaqda və onlara cavab verməkdə mühüm rol oynayır.

Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsrlərin yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Ölkəmizin fəlsəfi fikir tarixində İslam dininin müddəaları xüsusi sıradadır. Əbülhəsən Bəhmənyar, Əbuhəfs Sührəvərdi, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəcəbəli Təbrizi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və başqaları Azərbaycanda fəlsəfi fikrin inkişafında mühüm rol oynayıblar.

Zərintac Mayisqızı MissiyaAz

Seçilən
6
1
missiya.az

2Mənbələr