Türkiyə ABŞ-ı Suriyadan qoşunlarını çıxarmağa və kürdlərə dəstəyi dayandırmağa çağırıb. Əvəzində Ankara “İslam Dövləti” terror qruplaşması ilə mübarizə aparmağa hazırdır. Bu barədə “Bloomberg xəbər” verir.
Onun sözlərinə görə, Ankara üçün əsas problemlərdən biri ABŞ-ın suriyalı kürdlərə təlim keçməsi və silahlandırmasıdır. Türkiyə onları terrorçu və öz birliyinə təhlükə hesab edir. Bununla bağlı Ankara Vaşinqtona Suriyada İŞİD-ə qarşı mübarizəni öz üzərinə götürə biləcəyini təklif edib. Bunun müqabilində o, Birləşmiş Ştatların Suriyadan qoşunlarını çıxarmasını və kürdlərə dəstəyi dayandırmasını istəyir. Bloomberg yazır ki, Türkiyə kürdlər tərəfindən həbs edilən on minlərlə İŞİD yaraqlısı və onların qohumları üçün də məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Agentlik qeyd edir ki, Vaşinqton hələlik Ankaranın təklifinə cavab verməyib.
Ülviyyə, Hurriyyet.az