AZ

"Şimali Koreya Rusiyaya artilleriya sistemləri və MLRS-lər verib" - Xarici KİV

Şimali Koreya Rusiyaya özüyeriyən artilleriya sistemləri və reaktiv yaylım atəşi sistemləri (MLRS) verib.

"AzPolitika" xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Dong-A Ilbo” nəşri kəşfiyyat məlumatlarına istinadla məlumat yayıb.

Məlumatda Şimali Koreyanın xarici işlər naziri Choe Song Huinin Rusiya Federasiyasına bir həftəlik səfəri və burada Putinlə görüşməsinə də diqqət çəkilib. Cənubi Koreyanın kəşfiyyat analitikləri bu danışıqların çox gizli olduğunu və KXDR-in “Rusiyaya ötürmək niyyətində olmadığı texnologiyaları” almağa razılaşa biləcəyi barədə fikir bildiriblər.

Qeyd edək ki, bu yaxınlarda “Financial Times” Şimali Koreyanın Rusiyaya 50 özüyeriyən artilleriya qurğusu və 20 modernləşdirilmiş MLRS göndərdiyini yazıb. 

"AzPolitika.info"

Seçilən
9
1
azpolitika.info

2Mənbələr