AZ

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Yeni binalarda mənzillər BAHALAŞACAQ?

Vergi Məcəlləsinə daha bir dəyişiklik edilir. Dəyişikliyə əsasən, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir.
 

MÖVZU İLƏ BAĞLI:

Mənzilini satan şəxslər neçə manat vergi ÖDƏMƏLİDİR? 


Belə ki, Vergi Məcəlləsinin 130.6-cı maddəsinə uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə əlavələr edilir.

Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:

- tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;

- həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;

- faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

Bəs, bu dəyişiklik mənzil qiymətlərinə necə təsir edəcək?

Suala iqtisadçı ekspert  Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni tənzimləmə qaydaları əlavə xərclər gətirəcək:

“Hələlik, bunun nə vaxtdan və necə tənzimlənəcəyini bilmirik. Çünki bəzən hansısa qaydaların tətbiqi zaman müəyyən problemlər ortaya çıxır. Bununla belə, istənilən yeni vergi tənzimlənməsi iş adamları üçün əlavə xərcdir. Ona görə də yeni dəyişiklik mənzil bazarındakı qiymətlərə təsir edəcək.

Ola bilsin ki, bu təsir çox da böyük olmasın. Çünki Bakı şəhərində mənzillər kifayət qədər bahadır. Əgər qiymətlər böyük ölçüdə artsa, o zaman alıcılıq qabiliyyəti aşağı düşəcək. Amma gözlənilən mənzərəni qabaqcadan təsvir etmək çətindir. Hər şey yeni qaydalar qüvvəyə minəndən sonra aydın olacaq”.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 20-də keçirilən iclasında ilkin müzakirəyə çıxarılıb və plenar iclasda baxılması üçün tövsiyə edilib.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
8
16
bizim.media

10Mənbələr