AZ

Martirosyan: “Paşinyan siyasi dilemma içərisindədir”

Erməni politoloq Vladimir Martirosyan Ermənistan Baş naziri Nikol Paşinyanın idarəçiliyindəki problemləri təhlil edərək onun ciddi siyasi dilemmanın içində olduğunu bildirib. Politoloqun sözlərinə görə, Paşinyan nə özünü günahkar, nə də məsuliyyətli hesab etmək mövqeyini dəqiqləşdirə bilməyib.

Yenicag.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Martirosyan qeyd edib ki, N. Paşinyan öz siyasi mövqeyini gücləndirmək üçün dəfələrlə istefa ərizəsi yazıb və yenidən özünü Baş nazir təyin edib.

“Lakin bu addımlar heç bir konkret nəticə verməyib. O, “Vətəndaş müqaviləsi”ni “Sülh müqaviləsi”nə çevirməyə çalışsa da, bunun üçün ciddi siyasi dayaqları yoxdur. Ətrafındakı şəxslər zəif intellektual potensiala malikdir və bu, onun mövqeyinə daha çox zərər vurur”, – deyə politoloq vurğulayıb.

O, əlavə edib ki, Paşinyanın rəhbərliyi altındakı “məxməri inqilab” böyük gözləntilər yaratsa da, nəticədə nəinki uğur qazanmayıb, əksinə, legitimlik tamamilə tükənib.

“İndi o, yenidən ictimai dəstək qazanmaq üçün ‘dəmir mandat’ axtarışındadır”, – Martirosyan qeyd edir.

Onun sözlərinə görə, Paşinyanın digər dilemması isə Ermənistanı hansı istiqamətə aparacağı ilə bağlıdır. Politoloqun fikrincə, o, ya sabit bir orta sinif quraraq ölkəni gücləndirməli, ya da xarici qüvvələrin maraqlarına xidmət etməyi seçməlidir.

“Hazırda onun idarəçiliyi təsirli deyil. Bu, xüsusilə hökumət iclaslarının keyfiyyətsizliyində aydın görünür”, – deyə analitik söyləyib.

O, həmçinin vurğulayıb ki, Nikol Paşinyan məsuliyyətdən yayınmaqla siyasi vəziyyəti daha da ağırlaşdırır:

“Rebusların həlli əvəzinə, o, ölkəni daha dərin siyasi böhrana sürükləyir”.

Tərcümə: Rafi Müslümov

Seçilən
7
yenicag.az

1Mənbələr