AZ

Pakistanda son 3 həftədə silahlıların hücumları nəticəsində azı 55 təhlükəsizlik əməkdaşı həlak olub

Pakistanda son 3 həftədə silahlıların hücumları nəticəsində azı 55 təhlükəsizlik əməkdaşı həlak olub

Pakistanda son üç həftədə silahlılarla toqquşmalarda və kamikadze hücumlarında ən azı 55 təhlükəsizlik işçisinin həyatını itirdiyi açıqlanıb.İslamabadda yerləşən Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun (PICSS) analitik mərkəzinin məlumatına görə, təhlükəsizlik qüvvələri oktyabr ayında 62 şəxsi itirib. Bu, 2024-cü ildə bir ayda qeydə alınan ən yüksək itki olub.Bu ayın 20 günündə yaraqlılarla toqquşmalarda və intiharçı hücumlarda 55 təhlükəsizlik əməkdaşı həyatını itirib, 63 silahlı isə öldürülüb.Hücumlar daha çox Bəlucistan və Hayber Paxtunxva əyalətlərində qeydə alınıb.Qeyd edək ki, 2024-cü ilin 10 ayı ərzində Pakistanda 785 terror aktı baş verib, nəticədə 951 nəfər ölüb, 966 nəfər yaralanıb.

Seçilən
21
1
afn.az

2Mənbələr