AZ

Azərbaycana idxal edilən avtomobillər BAHALAŞDI - YENİ RƏQƏMLƏR

Bu il Azərbaycana idxal edilən avtomobillərin sayı azalsa da, idxala çəkilən xərc artıb.

 

Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, ötən ilin 10 ayında 81 206 ədəd avtomobil idxal edildiyi halda, bu ilin 10 ayında 74 723 ədəd avtomobil idxal olunub. Bu müddətdə idxal edilən avtomobillərin sayı 6 483 ədəd azalıb.

 

Avtomobillərin idxal sayı azalsa da, avtomobil idxalına çələn xərc artıb. Bir il əvvəl idxala 1 milyard 374 milyon dollar xərclənmişdirsə, bu ilin 10 ayında 1 milyard 484 milyon dollar xərclənib. 2023-cü ilin 10 ayında orta hesabla bir avtomobilin idxalına 16 920 dollar pul xərclənmişdisə, bu il 19 865 dollar xərclənib.

 

Bu il idxal edilən bir avtomobilə çəkilən xərc 2 945 dollar artıb. Xərclərin artmasına səbəb idxalda istehsal ili yeni olan hibrid və elekrik avtomobillərin sayının artmasıdır. Rəqəmlərdən görünür ki, bu il elektrik, hibrid və “plug-in” hibrid avtomobillərin idxal sayında ciddi dəyişiklik var. 2024-cü ildə bu növ avtomobillərin idxal sayı 21 578 ədədə çatıb ki, bu da ötən illə (14 194 ədəd) müqayisədə 7 384 ədəd çoxdur.

 

Bu növ avtomobillər, əsasən, baha olur. Çünki elektrik, hibrid və “plug-in” hibrid avtomobillərin idxalı o halda əlverişli olur ki, onların istehsal tarixindən 3 il və daha az az müddət keçməlidir. Bu növ avtomobillərin yenilərinin idxalına dövlət ciddi güzəştlər tətbiq edir. Buna görə də avtomobil almaq istəyən şəxslər daha baha, amma əlverişli olan elektrik və hibrid modellərin idxalını artırırlar ki, bu da ümumən avtomobil idxalına çəkilən xərci artırır.

 

Vasif

Sfera.az

 

 

Seçilən
46
46
sfera.az

10Mənbələr