AZ

Britaniya tam müdafiəyə hazır olmadığını bildirib

Böyük Britaniya müharibə vəziyyətində “ümumi müdafiəyə” hazır deyil və bunu isveçlilərdən öyrənməlidir. Bu etirafı Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin edib.

Böyük Britaniyanın müharibəyə "vətəndaş hazırlığında" olan müttəfiqləri ilə hələ təhlükəsizliyi tam şəkildə təmin etmədiyini və onların təcrübəsindən öyrənməyin faydalı olacağını söylədi. “Etiraf etmək lazımdır ki, Britaniya Skandinaviya və Baltikyanı həmkarlarından daha zəif vəziyyətdədir,” The Times qəzeti onun sözlərindən sitat gətirir.

"Bu, bizim tam müdafiə mədəniyyətimizin olmadığı bir sahədir. Bizim digər NATO ölkələrinin malik olduğu bəzi mülki planlaşdırma aspektlərimiz yoxdur. Britaniya “həmkarlarından öyrənmək və nədən istifadə edə biləcəyini görmək istəyir", - deyə Britaniya Silahlı Qüvvələrinin rəhbəri əlavə edib .

Oxuməni.az

Seçilən
26
oxumeni.az

1Mənbələr