AZ

Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir?- Nazir AÇIQLADI

“Əlilliyin təyin olunması proseduru məlumdur. Bizim tərəfimizdən hər bir hal araşdırılır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, cari ildə 40 mindən artıq vətəndaşa əlillik təyin edilib: “Bunun 50%-i ilkin əlillik, 50%-i təkrar əlillikdir. Haqqı çatan, qanunvericiliyə uyğun olan bütün hallar dəyərləndirilməli, bu insanlara əlillik təyin edilməlidir. Saxta şəkildə əlillikdən gəlir yeri kimi istifadəyə isə icazə verilməməlidir. Bunun qarşısı alınacaq”.

Nazir əlilliiyi kəsilən və 2-3 ildir, əlilliyi bərpa edilməyən insanlarla bağlı məsələyə toxnunub: “Mən inanmıram ki, ölkədə bütün xəstəxanalar adekvat işləmir. Əlillik pensiyası kəsilən şəxslər yenidən yoxlamadan keçməli, xəstəxanaya müraciət etməlidirlər”.

Seçilən
18
7
azpost.info

9Mənbələr