![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/11/14/1/4f85eb2a-7f50-4196-a1be-463563f1b544/baki-dovlet-universiteti.jpg)
Azərbaycan universitetləri “Times Higher Education” reytinqində TOP 500-də yer alıb.
Yeniavaz.com xəbər verir ki, noyabrın 21-də ilk dəfə dərc olunan “Times Higher Education” “Interdisciplinary Science” (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yer alıb.
Ümumilikdə 749 universitetin daxil olduğu bu reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 201-250-ci mövqedə, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb.
UNEC, AzMiU, NDU, SDU, ATU, BANM və Xəzər Universiteti sözügedən reytinqdə “məruzəçi” (reporter) qismində dəyərləndirilib.