AZ

Fəzail Ağamalı uşaq bağçası tikdirir? – SABİQ DEPUTAT ÖZÜ AÇIQLAMA VERDİ - FOTO

Paytaxtda keçmiş deputata məxsus daha bir özbaşınalıq sosial şəbəkələrin gündəmini zəbt edib.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda 120 mənzildən ibarət hündür mərtəbəli binanın həyətini zəbt edərək obyekt tikməyə çalışan sahibkar ərazidə yaşayan vətəndaşların narazılığına səbəb olub.

Belə ki, rayonun Möhsün Sənani küçəsində yerləşən hündür mərtəbəli binanın həyətinin keçmiş deputat Fəzail Ağamalı tərəfindən özəlləşdirildiyini və vətəndaşların gediş gəliş yolunun üzərində, eləcə də, binanın həyətinə yanğınsöndürən və təcili tibbi ayrdım avtomobillərinin giriş-çıxışına mane olacaq şəkildə uşaq bağçası tikilməsi ilə bağlı paylaşım edilib.

Məsələ ilə əlaqədar, sabiq deputat Fəzail Ağamalı ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, qeyd olunan ünvanda illər əvvəl aldığı torpaq sahəsi var:

“Orada 10 il əvvəl torpaq sahəsi almışdım. İllərdir dövlətimə, millətimə xidmət edirəm. Deyirsiz, yəni deputatın bu qədər müddətdə 1-2 sot torpağı olmasın? Uşaq bağçası tikdirməkklə bağlı deyilənlər isə yalandır. Böhtan atırlar. Orada heç bir tikinti işi aparılmır. Mənə aid olan torpağın ətrafındakı yol başqadır, o binanın yolu başqa. Heç kim də heç kimə mane olmur. Mən uzun müddət bu xalqa xidmət edib çəkilib bir kənarda dayanmışam. Pensiyamı alıb istirahətimi edirəm. Belə mövzuları qalmaqala çevirib məni narahat etməyin”.

Qeyd edək ki, Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı daha əvvəl “Buta” körpələr evinin direktoru olub. Deputat seçildikdən sonra uşaq baöçasının satışa çıxarıldığı elan olunmuşdu.

Səfər

Seçilən
29
avtosfer.az

1Mənbələr