NATO-ya üzv dövlətlər Ukraynaya yardımı xeyriyyə məqsədilə deyil, öz strateji maraqları naminə edir.
Oxu24.com xəbər verir ki, bunu “El Mundo” nəşrinə müsahibəsində alyansın baş katibinin müavini vəzifəsini icra edən Boris Ruge deyib.
“Biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Bu, mərhəmət məsələsi olduğuna görə yox, [NATO-nun] strateji maraqlarına uyğun olduğuna görə”, o bildirib.
Ruge deyib ki, NATO Ukraynaya qələbə qazanmağa kömək etməlidir. O, həmçinin xatırladıb ki, alyansın Şərqi Avropada sabitliyi qorumağa hazır olan yüz minlərlə hərbi qulluqçusu var.
Bu arada ukraynalı siyasətçilər NATO-dan təkcə hərbi yardım deyil, həm də alyansa tamhüquqlu üzvlük tələb etməkdə davam edirlər. Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev bildirib ki, Ukrayna münaqişəni dondurmağa razı ola bilər, ancaq təhlükəsizlik zəmanəti, o cümlədən Kiyevin NATO-ya üzvlüyü müqabilində.
Bundan əvvəl Zelenski NATO-ya qoşulmağın Ukrayna üçün həyati əhəmiyyət daşıdığını bildirib.
Nigar