AZ

MİT İraqda PKK-nın sözdə başçılarından birini zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatla bölücü terror təşkilatı PKK/KCK-nın sözdə başçılarından Serhat Taqayı zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror cinayətlərinə görə barəsində həbs qərarı çıxarılan Tagayın yeri kəşfiyyat işləri nəticəsində müəyyən edilib.

MİT-in İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat nəticəsində Mervan Hizan kod adlı terrorçu dəqiq vurularaq zərərsizləşdirilib.

2014-cü ildə terror təşkilatı PKK/KCK-ya qoşulan Taqayın 2017-2019-cu illər arasında İraqın şimalındakı Zap bölgəsində xidmət etdiyi və təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyalarda iştirak etdiyi müəyyən edilib.

Tagayın təşkilatın istifadə etdiyi silah-sursat və partlayıcı kimi materialların da təhvil verilməsini təşkil etdiyi və təşkilatın yüksək səviyyəli üzvləri adlandırılan şəxslərin mühafizəçisi kimi fəaliyyət göstərdiyi müəyyən edilib.



Seçilən
22
2
trt.net.tr

3Mənbələr