AZ

SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qlobal yaşıl enerji şirkəti olan "Tree Energy Solutions" (TES) arasında Azərbaycanda elektrik təbii qazı (e-NG) layihəsinin inkişafının araşdırılması məqsədilə Birgə Tədqiqat Sazişi imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Sənədə əsasən, TES-in regionda qabaqcıl modul texnologiyasının tətbiqinin texniki, iqtisadi və kommersiya məqsədəuyğunluğunun qiymətləndirilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın strateji mövqeyi və SOCAR-ın geniş enerji təcrübəsi ölkəmizdə e-NG istehsalı üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, Azərbaycanda istehsal olunan e-NG-nin Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması mümkündür.
Seçilən
14
13
oxu.az

10Mənbələr