Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev növbəti döyüşlə bağlı hazırlıqlarını davam etdirir.
Bu barədə məlumatı İdman.biz-ə 34 yaşlı idmançını özü verib.
O bildirib ki, məşqlərini Tailandda davam etdirir: “Hazırlıqlar yaxşı gedir. Rafael Fiziyevlə birlikdə məşq edirik. Döyüşümə daha yaxşı hazırlıq üçün buranı seçmişəm. Düzdür, hələlik rəqib hələ bəlli deyil. Bir neçə günə dəqiqləşməlidir. Görüşün isə dekabrın 31-də, yaxud gələn il yanvarın 10-da baş tutması gözlənilir. Məkan isə ya ABŞ, ya da Yaponiya olacaq”.
Musayev hazırda yaxşı formada olduğunu və rinqə çıxmağı səbirsizliklə gözlədiyini deyib: “Döyüşü gözləyirəm. Həyəcanla anonsun verilməsini gözləyirəm”.
Qeyd edək ki, Musayevin son döyüşü ötən ilin noyabrında Bakıda “Landmark 7” turnirində olub. O, yaponiyalı Koji Takedaya qalib gəlib.
Emin Ağa
İdman.biz