AZ

Azərbaycanda rəsmi işsizlik 5 faizin üzərindədir - Nazir açıqladı

“Məşğulluq məsələsi heç vaxt bitməyəcək. Dünyanın ən böyük ölkələrində də işsizlik var”.

Teleqraf.com xəbər verir ki, bu sözlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında açıqlayıb.

Nazir bildirib ki, Azərbaycanda rəsmi işsizlik 5 faizin üzərindədir:

"Məşğulluğun tam şəkildə həll olunacağı məsələsi yoxdur. Məşğulluqla bağlı addımlar atılacaq. Bizim ana problemimiz ixtisaslı işçi problemidir".


Müəllif: Şəbnəm Zahir
Seçilən
8
3
teleqraf.com

6Mənbələr