AZ

Rusiya Ukraynanı ilk dəfə qitələrarası ballistik raketlə vurub

Noyabrın 21-də səhər saatlarında Rusiya nüvə başlığı daşıya bilən “Rubej” qitələrarası ballistik raketi ilə ilk dəfə Dnepr şəhərinə zərbə endirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın nüfuzlu “Ukrainskaya Pravda” nəşri Ukrayna Hərbi Hava Qüvvələrindəki mənbələrinə istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, 21 noyabr 2024-cü il səhər saat 05.00-dan 07.00-a qədər rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə (müəssisələr və mühüm infrastruktur obyektlərinə) hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən bir qitələrarası ballistik raket, MiQ-31K qırıcısından “Kinjal” aeroballistik raketi və “Tu-95”-dən 7 ədəd “X-101” qanadlı raketi buraxılıb. Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri altı ədəd “X-101” raketini məhv edib. Digər raketlər vurulmayıb. Mənbələr iddia edirlər ki, qitələrarası ballistik raket məhz “Rubej” olub. “Defence Express”in məlumatına görə, “RS-26 Rubej” nüvə başlıqlarının çatdırılması üçün nəzərdə tutulub.

Dnepr meri Boris Filatov bildirib ki, atəş nəticəsində əlillər üçün reabilitasiya mərkəzinin binası zədələnib, oradakı qazanxana dağıdılıb. İnsan itkilərilə bağlı məlumat isə dəqiqləşdirilir. Rusiya Müdafiə Nazirliyi Dneprə raket hücumu ilə bağlı məlumatı şərh etməyib.

Seçilən
33
16
tribunainfo.az

10Mənbələr