AZ

Fransada fermerlər traktorları ilə Bordo limanına girişi bağlayıblar

Fransada Avropa Birliyi ilə Cənub Ortaq Bazar (MERCOSUR) arasında imzalanması planlaşdırılan ticarət sazişinə qarşı etirazların davam edir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransada 4 gündür davam edən fermer etirazları ölkənin cənub-qərbində cəmləşib.

Fransanın aparıcı fermerlər birliklərindən olan Koordinasiya Ruralenin (CR) rəhbərlik etdiyi bir qrup fermer təkər və zibil ataraq traktorları ilə Bordo limanına gedən yolları bağlayıb.

Birlik rəsmiləri ölkə boyu etirazların daha da güclənəcəyinə işarə edərək noyabrın 25-dən etibarən dövlət qurumları və hökumət binaları ətrafında toplaşacaqlarını bildiriblər.

Fransanın baş naziri Mişel Barnier hökumətin qarşı çıxdığı və fermerlərin etiraz etdiyi Avropa Birliyi (Aİ) ilə MERCOSUR arasında azad ticarət sazişinin Milli Assambleyada müzakirəyə çıxarılmasını istəyib.

Qeyd edək ki, etirazlar sözügedən limandan Avropa standartlarına uyğun olmayan taxılların ölkəyə buraxılmasına icazə verən qanun layihəsinin imzalanmasına qarşıdır.

2000-ci ildən bəri müzakirə edilən layihənin 18-19 noyabr tarixlərində Braziliyada keçirilən G20 Sammitində yekunlaşa biləcəyi gündəmə gəlib.
 
Cəmalə
Seçilən
8
1
azxeber.com

2Mənbələr