AZ

COP29-un uğurla təşkil olunması dövlətimizin həssas məsələlərdə flaqman olduğunu göstərdi- ÖZƏL

"Cənab Prezident İlham Əliyev elə bir siyasət yürüdür ki, bu siyasətin episentrində Azərbaycan vətəndaşı, təsir dairəsində isə ümumbəşəri amallar dayanır. Azərbaycan milli kimliyini, siyasətini, hətta təşəbbüslərini belə irq və ya dinə görə deyil, siyasi, iqtisadi və dini azadlıq, qanunun aliliyi, irqi və gender bərabərliyi və qarşılıqlı hörmət də daxil olmaqla ümumi dəyərlərə görə müəyyən edir. Yəni, qanunun aliliyinə sadiqliyimiz sərhədlərimizi aşaraq ümumbəşəri dəyərə çevrilib. Dövlət başçımız tərəfindən atılan hərtərəfli addımların nəticəsidir ki, ərazi bütövlüyümüz bərpa, suverenliyimiz təmin edilməklə yanaşı dünyada güc mərkəzinin orta həlqəsinə çevrilmişik". 

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

Burada bir xüsusi amili də nəzərə çatdıraq ki, bütün dövlət siyasəti, o cümlədən xarici siyasətimiz cəmiyyətimizin dəyərlərini ifadə etməli və bu dəyərlər əsasında formalaşmalıdır. Yad ünsürlərə, çirkli oyunlara yer olmadığı kimi, məzlum, əzilən xalqların yanında dayanır, Zəfərimizlə onlara tarixi presedent yaradırıq. Azərbaycan dövlətlər arasında münasibətlərin beynəlxalq hüquq və digər qaydalarla tənzimləndiyi beynəlxalq nizamı müdafiə edir və qorumağa çalışır. Qorumağa çalışılan bir digər məsələ ümumi evimiz, planetimiz olmalıdır ki, Azərbaycan bu istiqamətdə də qoruyucu örtük funksiyasını öhdəliyinə götürənlərin yanında dayanır. COP29-un Azərbaycanda son dərəcə uğurla təşkil olunması dövlətimizin belə həssas məsələdə flaqman olduğunu göstərdi. İqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsi sistemli və koordinasiyalı olmalıdır. Bu cür məsələlər siyasiləşdirilməməli, ümumi səy ortaya qoyulmalıdır. İqlim dəyişikliyinin fəsadları, biomüxtəlifliyin qorunması istiqamətində alternativ həll yolları axtarışına çıxılmalı, mümkün variantlarının müqayisəsini asanlaşdırmaq üçün ümumi konsepsiyalar toplusuna və analitik çərçivələrə müraciət olunmalıdır. Təəssüflər olsun ki, bu istiqamətdə nəinki ümumi razılıq yoxdur, hətta "uğur", "həll" dedikdə nəyin nəzərdə tutulduğuna dair ümumi bir anlayış belə mövcud deyil. Azərbaycanda keçirilən COP29 zamanı isə konsensusa gəlindiyinin, müsbət siqnallar verildiyinin şahidi olduq. Bu, çox az zaman olmasına baxmayaraq görülən böyük işlərin nəticəsidir. Liderlər sammitində çıxış edərkən Şarl Mişel, Keir Starmer, Con Podesta, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İtaliyanın Baş naziri Giorgia Meloni, Gürcüstanın Baş naziri Irakli Kobakhidzenin nitqləri gələcəyə dair nikbin baxışların olduğundan, ümidverici təşəbbüslərin atılacağından xəbər verdi. COP29 çərçivəsində "Kiçik Ada Dövlətlərinin Liderlər Sammiti"nin keçirilməsi də olduqca məntiqli addım idi. Azərbaycan hərtərəfli mənfi tendensiyalara qarşı çıxan tərəfdir. Fransanın xalqların haqlarını görməzdən gəlməsi, xalqları, dövlətləri, regionları öz maraqları üçün zülmətə qərq etməsi yolverilməzdir. Azərbaycan bu istiqamətdə kiçik ada dövlətlərinə dəstəyini davam etdirəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr