AZ

ADPU ilə Özbəkistan  universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Riyad Rüstəmli Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti və Daşkənd Dövlət Nəqliyyat Universitetində olub.

R.Rüstəmlinin Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universitetinin rektoru professor Azizkhon Nodirov və Daşkənd Dövlət İqtisadiyyat Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri Cəsur Umirzakov ilə keçirdiyi görüşlərdə ADPU-nun sözügedən ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin rektor köməkçisi səfər çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində  mərkəzin direktoru  vəzifəsini icra edən Nadir Əlimirzəyevlə görüşüb, əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi istiqamətində müzakirə aparılıb.

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr