AZ

Premyer Liqanın iki klubu "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir

"Mançester Siti"nin gənc yarımmüdafiəçisi Ceyms MakAti qış transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "The Guardian"a istinadən məlumatına görə, 22 yaşlı futbolçu "Fulhem" və "Vest Hem"in maraq dairəsindədir. Hər iki klub ingilis futbolçu üçün "şəhərlilər" üçün danışıqlara başlayacaq.

Mütəxəssislər "Mançester Siti"nin məzununun transfer dəyərini 12 milyon avro qiymətləndirirlər.

Bu mövsüm MakAti "Siti" ilə İngiltərə çempionatında yalnız bir görüş keçirib.

Futbolçunun "Siti" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Ceyms MakAti ötən mövsüm “Şeffild Yunayted”də icarə əsasında çıxış edib. "Blades"lə Premyer Liqada 30 matçda yarımmüdafiəçi üç qol vurub və üç məhsuldar ötürmə edib.

Seçilən
135
48
90deqiqe.az

10Mənbələr