AZ

Televiziyalarımızla bağlı ənənəvi "xəstəliklər" səngiyib - Professor

1996-cı ilin dekabrında BMT Baş Assambleyası 21 noyabr tarixini həmin ildə ilk Ümumdünya Televiziya Forumunun (World Television Forum) keçirilməsi ilə əlaqədar olaraq Ümumdünya Televiziya Günü (World Television Day) elan edib.

 

Modern.az Azərbaycan televiziyasının bugünkü vəziyyəti ilə bağlı Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli həmsöhbət olub.

 

Professor bildirib ki, bu gün Azərbaycan televiziya məkanında gedən prosesləri birmənalı şəkildə yaxşı yaxud pis kimi qiymətləndirmək çətindir:

 

“Televiziyalar yeni layihələr təqdim etməyə, böyük auditoriya toplamağa, maraqlı layihələrlə çıxış etməyə çalışırlar. Bunlar arasında alınan da, alınmayan da var. Məsələn bu gün İTV-də, AzTV-də, Real TV-də, ATV-də diqqəti cəlb edən verilişlər, layihələr ortaya çıxıb. Bunlar çox müsbət tendensiyalardır".

 

Q.Məhərrəmlinin sözlərinə görə, televiziyalarımızın daha çox şou proqramları ilə bağlı olan bəzi ənənəvi "xəstəlikləri" nisbətən səngiyib:

 

“Amma bununla yanaşı tamaşaçıları narazı salan cəhətlər də var. Birinci növbədə cəmiyyətin, ətrafda baş verən hadisələrin tam dolğun şəkildə, bütün çalarları ilə təqdim olunmasına daha çox ehtiyac var. İctimai müzakirə proqramları daha dərin, əhatəli izahatlar, yanaşmalar tələb edir. Uşaq verilişlərini yaxşılaşdırmağa ciddi şəkildə ehtiyac var. Maarifçi proqramlara lazımincə diqqət yetirilmir. Birinci növbədə xəbər proqramlarının dinamikliyinin artırılmasına, coğrafiyasının genişlənməsinə ehtiyac var. Eyni zamanda keyfiyyətli şou proqramları lazımdır.

Seçilən
95
modern.az

1Mənbələr