AZ

YAP Azərbaycanın tərəqqisinə layiqli töhfələr verir

1990-cı illərin əvvəllərində ölkəmizdə ağır iqtisadi-siyasi vəziyyət hökm sürürdü. O zaman hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Belə bir şəraitdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən ziyalılar ölkəmizin nicat yolunu Ulu Öndər Heydər Əliyevin simasında görürdülər. Məhz buna görə 91 nəfərdən ibarət ziyalılar qrupu yeni bir siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış edərək Ümummilli Liderə müraciət ünvanlamışdılar. Azərbaycan bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın sədrin müavinləri, Siyasi Şura və İdarə Heyəti seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümünü böyük sevinc və qürur hissi ilə qeyd edirik. Ulu Öndər Heydər Əliyevin ideyaları bu partiyanı daim möhkəmləndirmişdir. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bu uğurlu fəaliyyətini uğurla davam etdirmişdir. Bu gün Azərbaycanın qazandığı bütün uğurlar milli-mədəni dəyərlərimizin daha da inkişaf etdirilməsinə, aparılan demokratik islahatlara, vətəndaş cəmiyyətinin güclənməsinə və ölkəmizin əldə etdiyi digər yeni böyük nailiyyətlərə təkan verir.
Yeni Azərbaycan Partiyası hər zaman ölkədə keçirilən bütün seçki proseslərinə qələbə əzmi ilə qatılıb və zəngin təcrübəsinə söykənərək seçkilərin bütün mərhələlərini yüksək əhval-ruhiyyə şəraitində, qələbə əzmi ilə həyata keçirib. Yeni Azərbaycan Partiyası yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini əsas götürüb. Azərbaycanın bu günü və gələcəyi üçün görülən işlərdə partiyanın öz payı, rolu vardır. Ümummilli Liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi və inamı sonsuzdur. Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı bütün dövrlərdə partiyanın fəaliyyətinin bələdçisidir. Bu çağırış Ulu Öndərin YAP-a olan inamının göstəricisi idi. 32 illik şərəfli yol qət edən YAP özünün dünəni, bu günü, gələcək hədəfləri barədə aydın təsəvvür yaradır.
Ölkəmizdə güclü quruculuq işləri, sosial-iqtisadi islahatlar aparılır, ölkənin bütün sahələrinin inkişafı üçün əməli addımlar atılır. Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu olmuşdur. YAP tarixi fəaliyyəti ilə sübut edir ki, dünənin, bu günun və gələcəyin partiyasıdır. Biz hər birimiz əminik ki, bu partiya daha güclü Azərbaycan naminə yeni hədəfə doğru inamla irəliləyəcək.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Seçilən
101
sesqazeti.az

1Mənbələr