AZ

Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O xatırladıb ki, Bakı rəsmi İrəvanı dəvət etmişdi və onlar gəlmək üçün qeydiyyatdan da keçmişdilər:

 

“Paşinyan xarici işlər nazirini o şərtlə göndərmək istəyirdi ki, Bakıdan erməni diversantlarla İrəvana qayıtsın. Təbii ki,  Azərbaycan belə bir şərti qəbul edə bilməzdi. Ermənistan tərəfi Bakıya gəlsə idi, dəyişən bir proses də olmayacaqdı. Ona görə də Paşinyan müəyyən qədər daxili etirazı neytrallaşdırmaq üçün tədbirə qatılmaqdan imtina etdi”.

 

Ekspert bildirdi ki, rəsmi Bakı Ermənistanın şərti ilə razılaşıb diversantları azad etsəydi, bu, onların digər şərtlərlə çıxışlarına presedent ola bilərdi: “Ermənistan siyasi hakimiyyətinin mahiyyəti budur”.

 

Günay

Seçilən
20
2
sfera.az

3Mənbələr