AZ

Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətlərinə görə İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib, bu barədə cümə axşamı məhkəmənin saytında məlumat yayılıb.

“BCM -nin Məhkəməyə qədər Palatası iki şəxs, Benyamin Netanyahu və Yoav Qalantı ən azı 8 oktyabr 2023-cü il tarixindən ən azı 20 may 2024-cü il tarixinə qədər insanlığa qarşı cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham edərək həbs qərarı çıxarıb,”-xəbərdə deyilir.

Həmçinin qeyd olunur ki, bu qərar qəbul edilməzdən əvvəl palata BCM-nin bu məsələyə baxmağa haqqı olmadığını hesab edən İsrail tərəfinin etirazlarını rədd edib.

İsrail sentyabrın 26-da Beynəlxalq Cinayət Məhkəməsinə iki sorğu təqdim edərək, BCM-nin “Fələstin Dövlətindəki vəziyyətlə bağlı” və xüsusən də İsrail vətəndaşlarına münasibətdə yurisdiksiyasına etiraz edib.

2023-cü ilin oktyabr ayından İsrail Qəzza zolağında fələstinli silahlı qruplaşmalara qarşı hərbi əməliyyat keçirir. Əməliyyat 2023-cü ilin payızında silahlı fələstinlilərin İsrailə qarşı həyata keçirdiyi hücuma cavab olaraq başlayıb.

Almaz Həsənli

Seçilən
12
50
oxumeni.az

10Mənbələr