AZ

“Suyu belə qaynada bilmərəm” - Aktrisa 

"Oskar" mükafatlı dünya şöhrətli aktrisa Nikol Kidman (57) W jurnalına diqqətçəkən açıqlamalar verib. 

“Cebheinfo.az” xəbər verir ki, 57 yaşlı aktrisa verdiyi müsahibədə mətbəxlə arasının yaxşı olmadığını bildirib. 

Jurnalistin “Necə yəni? Su qaynada bilməzsiniz, məsələn?" sualına Kidman “Elektron çaynikdə olsa, edərəm” cavabını verib. 

Kidman  əvvəllər mikrodalğalı sobada yumurta bişirməyə çalışmaq kimi fantastik bacarıqsızlıqları olduğunu qeyd edib. 

Həmçinin, qızlarının ondan ümidi kəsdiyini və yemək bişirməyi öyrəndiklərini zarafatyana bildirib. 

O, əri Keyt Urbanın mətbəxdə ondan daha bacarıqlı olduğunu deyib. 

Qeyd edək ki, cütlüyün 13 və 16 yaşlarında iki qızı var.

Seçilən
5
cebheinfo.az

1Mənbələr