AZ

Cənubi Afrikada kütləvi zəhərlənmələr başlayandan bəri 23 uşaq ölüb

Cənubi Afrikada 5 yaşlı uşaq lisenziyasız yerli mağazadan aldığı yeməyi yedikdən sonra ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gauteng Metropolitan polisinin sözçüsü Dimakatso Nevhukhulvi məlumat verib.

Polis sözçüsü əlavə edib ki, zəhərlənmənin dəqiq səbəbləri yalnız ekspertizadan sonra müəyyən ediləcək.

Ümummilli diqqəti cəlb edən ilk kütləvi məktəb zəhərlənməsi hadisəsi Cənubi Afrikada oktyabrın əvvəlində baş verib. O zaman yeddi-doqquz yaşlı altı şagird Yohannesburqun qərbində qida zəhərlənməsindən ölmüşdü.
İndi zəhərlənmədən ölən uşaqların ümumi sayı 23-ə çatıb. Zəhərlənənlərin ümumi sayı 900-ə yaxınlaşır.

Seçilən
13
ucnoqta.az

1Mənbələr