AZ

Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib

Putin

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina dostluq simvolu olaraq 70-dən çox vəhşi heyvan hədiyyə edib.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.

Bildirilir ki, heyvanların olduğu konteynerlər Moskva zooparkından Şimali Koreyaya yola salınıb. Ümumilikdə Putin Kim Çen Ina bir şir, iki ayı, iki yak, beş ağ kakadu quşu, 25 qırqovul və 40 naringi ördəyi göndərib.

Nəşr Rusiyanın ətraf mühitin mühafizəsi naziri Aleksandr Kozlovdan sitat gətirib:

“Heyvanlar tarixən dövlətlərarası münasibətlərdə mühüm yer tutublar”.

O, bu heyvanların çoxalmaq üçün kifayət qədər gənc olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Pxenyandakı zooparkın buna həqiqətən ehtiyacı var.

Jurnalistlər yazıblar ki, heyvanlar KXDR-ə göndərilmək üçün böyük taxta qutularda Rusiya hökumətinin təyyarəsinə yüklənib.

V. QULİYEV
Seçilən
17
reyting.az

1Mənbələr