AZ

COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ

COP29-u
Bu gün artıq 11 gündür ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bütün dünyanın diqqətində olan COP29 çərçivəsində önəmli tədbirlər keçirilir. Tədbirdə müxtəlif hökumətlərin rəsmiləri, QHT nümayəndələri, ictimai fəallarla yanaşı tədbiri ölkə və dünyaya çatdıran media nümayəndələri də iştirak edir.
Media nümayəndələri iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin işıqlandırılmasında mühüm rol oynayırlar. Onlar konfransın əsas müzakirələrini izləyərək ictimaiyyəti dəqiq və operativ məlumatlandırmağa çalışırlar. Media, həmçinin qərar qəbuletmə prosesində şəffaflığı təmin edir və maraqlı tərəflər arasında körpü rolunu oynayır. COP29 çərçivəsində jurnalistlər ekspertlərdən müsahibələr alır, müxtəlif ölkələrin nümayəndə heyətlərinin mövqelərini təqdim edir və geniş auditoriyaya məlumat çatdırırlar. COP29-un gündəmində olan məsələlər, xüsusən də inkişaf etməkdə olan ölkələrə təsir edən problemlər, medianın xüsusi diqqət mərkəzindədir. Media nümayəndələri yalnız tədbir salonları ilə məhdudlaşmır, eyni zamanda açıq müzakirələrdə, sərgilərdə və yan tədbirlərdə iştirak edərək müxtəlif baxışları əks etdirməyə çalışırlar. Sosial media platformaları vasitəsilə də xəbərlər və yeniliklər real vaxt rejimində paylaşılır, bu da tədbirin təsir dairəsini artırır. Bildirilib ki, СOP29-u işıqlandırmaq 3000-dən çox xarici və yerli media nümayəndəsi qeydiyyatdan keçib. Tədbirin keçirildiyi məkanda media, tv və radio, yazılı mətbuat üçün iş otaqlar ayrılıb. TV və radio yayımçıları üçün 330 iş masası, 300 masa isə yazılı masa ayrılıb. Həmçinin bəzi media qurumlarının studiyaları da yaradılıb. 1news.az media nümayəndələri ilə bağlı fotoreportajı təqdim edir: Foto: Nadir İbrahimli
Seçilən
4
1news.az

1Mənbələr