AZ

Ana və körpə ölümləri: Rayonlarda qadın məsləhətxanaları artmalıdır

Ötən gün Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və Təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı Azərbaycanda körpə və ana ölümlərinin, o cümlədən abortların sayının artması qeyd edilib.

 

Belə ki, bu məsələnin aradan qaldırılması üçün qadın məsləhətxanalarının sayının artırılması haqqqında fikir səsləndirilib.

 

 

Mövzu ilə bağlı -a açıqlama verən “Əməkdar müəllim”, sabiq deputat nın sözlərinə görə, son illər Azərbaycanda körpə və ana ölümlərinin, abortların sayının artması, statistikada oğlan uşaqlarının qızlara nisbətən doğulmasında olan yüksəliş ciddi narahatlıq doğuran məsələlərdən biridir:

 

“Azərbaycanda hər zaman qadın və uşaq məsələləri dövlət siyasətinin bir istiqaməti olaraq prioritet vəzifələrdən biri kimi qəbul edilmişdir. O baxımdan qadın məsləhətxanalarının artırılması, gənc və ilk dəfə ana olacaq qadınlarla maariflənmə işinin aparılması çox vacibdir. Profilaktik olaraq müayinələr həm də hamiləliyin ilkin dövrlərində genetik və digər xəstəliklərin aşkar olunmasına, müayinə və müalicəsinə, nəticədə sağlam nəslin formalaşmasına öz töhfəsini verəcək.

 

Qadın məsləhətxanalarının əsasən rayon və kənd yerlərində sayının artırılması, bu sahədə səhiyyə xidmətlərinə əlçatanlığı artırmaqla yanaşı, kənd yerlərində ana və uşaqların sağlamlığının qorunmasına, ailə planlaşdırılmasında mühüm əhəmiyyət kəsb edər.

 

Lakin iş qadın məsləhətxanalarının sayının artırılması ilə bitmir, peşəkar kadrların hazırlanması, onların regionlarda işləməsi üçün şərait yaradılması zəruridir”.

 

 

“Kənd yerlərində yaşayan ailələrin daha çox dəstəyə ehtiyacı olduğunu nəzərə alaraq, ixtisaslı mama-ginekoloqlar, pediatrlar və psixoloqların həmin bölgələrdə fəaliyyət göstərməsi üçün xüsusi stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir.

 

Bu səbəbdən qadın məsləhətxanalarının fəaliyyətinin genişləndirilməsi, burada çalışan mütəxəssislərin peşəkarlığının artırılması və regionlarda bu xidmətlərin keyfiyyətli şəkildə təqdim edilməsi sağlam gələcək naminə vacib addımlardır”.


/Azedu

Seçilən
7
referans.az

1Mənbələr