AZ

"Yuventus" İtaliya millisində çıxış edən futbolçusunu satacaq

İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Faqioli qış "transfer pəncərəsi"ndə “Yuventus”u tərk edə bilər.

Apasport.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, rəhbərlik Faqiolinin satışından əldə edəcəyi pulla yeni futbolçular almağı planlaşdırır.

“Yuventus” artıq Faqiolini başqa klublara təklif etməyə başlayıb. Bu baxımdan İngiltərə Premyer Liqası klubları üstünlük təşkil edir.

23 yaşlı yarımmüdafiəçi cari mövsümdə A Seriyasında 9 matçda iştirak edib.

“Lion”un futbolçusu “Liverpul” yolunda

"Real" futbolçularının şkaflarını hərraca çıxarıb - FOTO

La Liqada ən yaxşı adına namizədlər bəlli olub

"Real"dan Dias qərarı

"Roma" Türkiyə millisinin üzvünü istəyir

Seçilən
16
apasport.az

1Mənbələr