AZ

İqtisadiyyat nazirinin müavini Ağdaşda vətəndaşları qəbul edəcək

25 noyabr 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yevlax şəhəri, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Ağdaş şəhəri, Heydər Əliyev meydanı, 3 ünvanında, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Seçilən
2
vergiler.az

1Mənbələr