Məşhur musiqi qrupu dünya turuna çıxır
Məşhur "Linkin Park" musiqi qrupu uzun fasilədən sonra ilk dəfə yeni mahnılarla dünya turuna çıxacaq.
Reyting.az-ın məlumatına görə, bu, demək olar, səkkiz ildən sonra "Linkin Park"-ın ilk dünya turnesidir.
Bu dəfə qrup öz yeni solisti ilə təmsil olunacaq. "Linkin Park" yeni solisti Emili Armstronqla birgə Şimali və Cənubi Amerikada, həmçinin Avropa və Asiyada konsertlər verəcək. Bu barədə musiqiçilər sosial şəbəkələrdə bildiriblər.
Turun ilk çıxışı yanvar ayının 31-dən Mexikodan başlayacaq. Ardınca, məşhur qrup noyabrın 15-də Braziliyanın Porto Aleqri şəhərində qastrol səfərlərini başa vurub geri dönəcək. Ümumilikdə, qrup bu müddət ərzində 59 konsert verəcək.
Onu da qeyd edək ki, bu yaxınlarda Dallasda "Linkin Park"-ın musiqiçiləri öz yeni "Casualty" mahnısını təqdim ediblər.
Oqtay QORÇU