AZ

İspaniyalı futbolçu ABŞ komandasının ortaq sahibi olub

Hazırda Avstraliya təmsilçilərindən “Vestern Sidney” forması geyinən Xuan Mata Amerika klubunun səhmlərinə şərik olub. 

Apasport.az xəbər verir ki, 36 yaşlı ispaniyalı “San Dieqo”nun hissədarına çevrilib.

"San Dieqo" 2025-ci ildən ABŞ-nin MLS liqasında çıxış edəcək.

Qeyd edək ki, “Real Madrid”in yetirməsi olan Mata, karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted” və “Qalatasaray” kimi klubların şərəfini qoruyub.

“Lion”un futbolçusu “Liverpul” yolunda

"Real" futbolçularının şkaflarını hərraca çıxarıb - FOTO

La Liqada ən yaxşı adına namizədlər bəlli olub

"Real"dan Dias qərarı

"Roma" Türkiyə millisinin üzvünü istəyir

Seçilən
1
apasport.az

1Mənbələr