AZ

Çində 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkarlandı

Çinli geoloqlar mərkəzi Hunan əyalətindəki yataqda təxminən 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkar ediblər. 

Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" vilayətin Geologiya İdarəsinə istinadən yazıb.

Mütəxəssislər 40-dan çox qızılı olan damarlar aşkar ediblər. Onlar Vanqu yatağında 2 min metrdən çox dərinlikdə yerləşirlər.

“Vanqu qızıl yatağında filiz yataqlarının miqyası çox böyükdür. Qızıl ehtiyatları min tondan çox, ehtiyatların dəyəri isə 600 milyard yuana çatacaq", deyə mənbə qeyd edib.

Hazırda Çin dünyanın ən böyük qızıl istehsalçısıdır. Dünya Qızıl Şurasının dərc etdiyi məlumatlara görə, Çin 2023-cü ildə qlobal qızıl istehsalının təxminən 10%-ni təşkil edib.

Payızın ortalarında xəbər verilmişdi ki, Çin Xalq Bankı sentyabrda ardıcıl beşinci dəfə ölkənin qızıl ehtiyatlarını artırmaqdan imtina edib. Bu qərara səbəb qiymətli metalın kəskin bahalaşması olub.

Paşa Məmmədli

Seçilən
4
3
valyuta.az

10Mənbələr