AZ

Finlandiya ölkənin Barents Avro-Arktika Şurasından çıxmasını təsdiqləyib

Finlandiya hökuməti Barents Avro-Arktika Şurasından çıxmağı təsdiqləyib.

Editor.az “Yle”ə istinadla xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici işlər naziri Elina Valtonen bildirib ki, bu cür əməkdaşlıq artıq bugünkü tələblərə cavab vermir, təkrar strukturlar yaradır. Onun sözlərinə görə, şura Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl region ölkələri ilə fəal qarşılıqlı əlaqə kanalı olub.

 

Qeyd edək ki, Barents Avro-Arktika Şurası (BEAC) 1993-cü ilin yanvarında Norveçin Kerkenes şəhərində Rusiya və Skandinaviya ölkələrinin xarici işlər nazirlərinin görüşündə yaradılıb. Danimarka, İslandiya, Norveç, Rusiya Federasiyası, Finlandiya və İsveçlə yanaşı, Avropa Birlikləri Komissiyası da daimi üzvlər kimi daxil edilib. Doqquz ölkə (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Hollandiya, Polşa, Fransa, ABŞ, Yaponiya) müşahidəçi statusu alıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr