AZ

“Neuralink”in sınaqları ilk dəfə ABŞ-dən kənarda aparılacaq


“Neuralink”in beyin implantı ilk dəfə ABŞ-dən kənarda sınaqdan keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mərkəzin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, sınaq Kanada dövlət xəstəxanalar şəbəkəsində keçiriləcək.
Qeyd olunur ki, sınaq “Neuralink” cihazının implantasiyasını nəzərdə tutacaq və bu, tibbi tədqiqatlarda mühüm bir mərhələ olacaq.
Sınağın məqsədi implant və cərrah-robotun təhlükəsizliyini qiymətləndirmək və paraplegik insanlara düşüncələrindən istifadə edərək, cihazları idarə etməyə imkan verəcək simsiz kompüterin funksionallığını müəyyənləşdirməkdir.
Qeyd edək ki, “Neuralink” startapı amerikalı sahibkar İlon Mask tərəfindən 2016-cı ilin iyulunda yaradılıb və insan beyninə implantasiya edilə bilən çiplər hazırlayır. Amerikalı milyarder hesab edir ki, bu cür qurğular insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.
Xatırladaq ki, yanvarın 28-də “Neuralink” insan beyninə ilk dəfə implant yerləşdirib. Avqustun əvvəlində isə Mask implantın ikinci xəstəyə quraşdırıldığını elan edib.
Seçilən
9
yeniavaz.com

1Mənbələr